Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İsrail hakimiyyəti Britaniya Yaşıllar Partiyasının lideri Zak Polanskinin ölkəyə girişini qadağan edib.
Bakıvaxtı.az "Times of Israel" qəzetinə istinadən xəbər verir ki, bu barədə İsrail hökuməti məlumat yayıb.
Məlumata görə, Yaşıllar Partiyası bir müddət əvvəl illik konfransında sionizmi pisləyən və onu irqçiliklə eyniləşdirən qətnamə qəbul etmişdi. Partiya İsrailin Fələstin və Suriya torpaqlarını qanunsuz işğal etməsinə qarşı davamlı çıxışlar edib, Britaniya hökumətini İsrailə silah satışını dayandırmağa çağırıb.
Partiya sionizmi irqçiliklə eyniləşdirən qətnamə qəbul etdikdən sonra bu partiyanın İsrailə girişi qadağan edilib.
Gülşən Şərif