GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İsrailin Qəzza zolağına endirdiyi aviazərbə nəticəsində Almaniyanın ZDF telekanalında çalışan “Palestine Media Production”un (PMP) əməkdaşı həlak olub.
Globalinfo.az xəbər verir ki, bu barədə kanalın saytında məlumat verilib.
“Qəzza zolağının cənubundakı Deyr əl-Bələh şəhərində yerləşən və ZDF telekanalı ilə sıx əməkdaşlıq edən “Palestine Media Production” (PMP) şirkətinin ofisinə raket düşüb.
Zərbə zamanı iki nəfər həlak olub”, – deyə telekanal bildirib. Bunlar şirkət mühəndisi və başqa bir işçinin səkkiz yaşlı oğludur.
Bir jurnalist isə yaralanıb. Əliyar Xəlil Globalinfo.az Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.