İsrail bu tənlikdə həlledici amildir

20.07.2026

Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir.

ABŞ öz qoşunlarını və dəniz qüvvələrini qorumaq məqsədilə misli görünməmiş hərbi-texniki gücündən tam şəkildə istifadə etməyə hazırdır; eyni zamanda, o, irimiqyaslı quru müharibəsinə cəlb olunmaqdan yayınmağa çalışır.

Bunu Xalqcebhesi.az iranşünas Vasili Papava deyib.

O, qeyd edib ki, İsrail bu tənlikdə həlledici amildir; onun qətiyyətli addımları istənilən an müstəqil şəkildə yeni gərginlik dalğasını işə sala və həm Vaşinqtonu, həm də Tehranı sərt cavab tədbirləri görməyə məcbur edə bilər:

"Məhdud hərbi zərbələrin mübadiləsi davam edəcək, eyni zamanda vəziyyətin nəzarətdən çıxmasının qarşısını almaq məqsədilə Qətər, Oman və Pakistanın vasitəçiliyi ilə qeyri-rəsmi, dolayı diplomatik kanallar fəaliyyət göstərəcək".

Cavid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью