Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.
İsrail Qəzzanın bütün ərazisi üzərində hərbi nəzarət qurmaq niyyətindədir.
Axaraz xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib.
“Hərbi addımların məqsədi dəyişməz olaraq qalır - HƏMAS hərəkatının məğlubiyyəti və Qəzzada saxlanılan israilli girovların azad edilməsi. Eyni zamanda, yaxın vaxtlarda İsrail ABŞ-la birlikdə Qəzza sakinlərinin humanitar yardıma çıxışını təmin etmək və onun HƏMAS tərəfdarları tərəfindən oğurlanmasının qarşısını almaq üçün paylama məntəqələri şəbəkəsini yerləşdirəcək”, - o bildirib.