Icma.az, Missiya.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
HƏMAS atəşkəs razılaşmasına əsasən nəzarətə götürülən fələstinlilərin cəsədlərində işgəncə və edam əlamətlərinin aşkarlanmasından sonra İsrailin cinayətləri ilə bağlı beynəlxalq araşdırma tələb edib.
Missiya.Az "Trthaber"ə istinadən xəbər verir ki, HƏMAS-ın bəyanatında bu faktlar soyqırım olaraq qiymətləndirilib.
“İşğalçı qüvvələr tərəfindən təhvil verilən şəhidlərin cəsədlərində görünən dəhşətli mənzərələr, açıq-aşkar işgəncə, pis rəftar və edam əlamətləri işğalçı ordunun cinayətkar və faşist mahiyyətini, eləcə də bu qurumun çatdığı mənəvi və humanitar çöküşü açıq şəkildə ortaya qoyur”, -bəyanatda qeyd olunub.
İlahə Qənbərli
Missiya.Az