İsrail dağıdıcı hücumun anonsunu verdi: iki gün sonra isə... Nələr baş verir? | Icma.az
GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Beynəlxalq medianın kəşfiyyat hesabatlarına istinadən yaydığı məlumata görə, İsrail mayın 28-də İrana qarşı hərbi əməliyyat keçirməyə hazırlaşırdı.
Bildirilirdi ki, İsrail xəbərdarlıq etmədən İrana məxsus nüvə obyektlərinə aviazərbələr endirəcək.
İddiaya görə, ABŞ Prezidenti Donald Tramp və İsrail Baş naziri Benyamin Netanyahu bu məsələni müzakirə edib razılaşıblar.
Lakin gözlənilən hücum baş vermədi. Bu geriçəkilmənin səbəbi nədir?
Globalinfo.az-a danışan Yaxın Şərq üzrə politoloq Əlimusa İbrahimov deyib ki, İsrail-ABŞ münasibətləri soyuyub: “Bu soyumanın əsas səbəblərindən biri ABŞ-ın İsrailin İrana qarşı hərbi əməliyyat həyata keçirməsinə icazə verməməsidir.
İsrail təkbaşına İrana hücum etməkdən çəkinir, ABŞ isə İsrailin müharibəyə başlayacağı təqdirdə ona hərbi dəstək verəcəyinə dair öhdəlik götürməyəcəyini vurğulayır.
Rəsmi Vaşinqton İranın nüvə proqramı ilə bağlı məsələni diplomatik yolla həll etməyə çalışır.
Tam oxu
Xəbəri oxu