İsrail daha bir HAMAS komandirini ZƏRƏRSİZLƏŞDİRİLDİ

06.12.2024

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

İsrail Müdafiə Qüvvələri HAMAS-ın Qəzza şəhərindəki hava qüvvələrinin komandiri Nidal Əl-Nacarı hava zərbəsi ilə zərərsizləşdirib.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.

Məlumatda bildirilib ki, Nidal Əl-Nacar 7 oktyabr hücumunun təşkilatçılarından biri olub və Qəzzada əməliyyat aparan IDF qoşunlarına qarşı partlayıcı yüklü dron hücumları həyata keçirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью