İsrail daha bir komandiri öldürdü KONKRET

19.07.2025

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

İsrail HƏMAS-ın “Dərrac Tuffah” batalyonunun komandirinin məhv edildiyi barədə məlumat yayıb.

KONKRET.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (İDF) və Şin Bet Təhlükəsizlik Xidmətinin (Şabak) birgə bəyanatında deyilir.

“Son bir həftə ərzində İDF və Şin Bet HƏMAS-ın “Dərrac Tuffah” batalyonunun komandiri Məhəmməd Uteni məhv edib”, – deyə məlumatda bildirilir.

Qeyd olunur ki, Məhəmməd Uteni 2023-cü il 7 oktyabr hücumunda iştirak edib və müharibə zamanı qoşunlara qarşı çoxsaylı terror aktları həyata keçirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью