İsrail daha iki girovun nəşini geri alıb

19.10.2025

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İsrail ordusu Qəzza zolağında ölən daha iki girovun nəşini Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə təhvil alıb.
APA xəbər verir ki, bu barədə İsrail Baş naziri Binyamin Netanyahunun ofisi məlumat yayıb.

Qeyd olunub ki, tabutlar yaxın vaxtlarda İsrail ərazisinə gətiriləcək və məhkəmə-tibbi ekspertiza tərəfindən müəyyənləşdirmə prosesi aparılacaq.

“Girovların geri qaytarılması istiqamətində işlər fasiləsiz davam edir və sonuncu girov qaytarılana qədər dayandırılmayacaq”, - Baş nazirin ofisinin açıqlamasında deyilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью