Icma.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.
Daha bir ölkə "Avroviziya 2026" mahnı müsabiqəsində iştirak edəcək təmsilçisinin adını açıqlayıb.
Axşam.az xəbər verir ki, qalmqallar fonunda yarışmada bu il iştirak etmək hüququ qazanan İsrail ötən gecə seçimini edib.
Müsabiqədə ölkəni Noam Bettan adlı müğənni təmsil edəcək. Onun hansı mahnı ifa edəcəyi bəlli deyil.
Xatırladaq ki, Niderland, İspaniya, İrlandiya və Sloveniya kimi ölkələr İsrailin müsabiqəyə buraxılmasına etiraz olaraq bu il yarışda iştirak etməyəcəklərini açıqlayıblar.
Qeyd edək ki, ötən il müsabiqədə 436 balla Avstriya - "JJ" ləqəbi ilə tanınan Yohannes Piç adlı müğənni “Wasted love” mahnısı ilə birinci olub. "Avroviziya" müsabiqəsi 2026-cı il mayın 12, 14 və 16-da planlaşdırılıb. Musiqili tədbirin ev sahibi Vyana olacaq.