İsrail də Trampın Sülh Şurasına qoşulur | Icma.az
Reyting.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ prezidenti Donald Trampın Qəzza zolağı üçün sülh planının bir hissəsi olaraq yaratdığı Qəzza Sülh Şurası üzvlərinin elan edilməsi davam edir.
Reyting.az-ın məlumatına görə, İsrail baş nazirinin ofisindən bildiriblər ki, baş nazir Binyamin Netanyahu Donald Trampın Sülh Şurasına qoşulmaq dəvətini qəbul edib.
Bəyanatda deyilir: “Baş nazir Netanyahu dünya liderlərindən ibarət olacaq Sülh Şurasının üzvü olacağını açıqladı”.
Qeyd edək ki, Donald Trampın 20 maddəlik Qəzza Sülh Planının ikinci mərhələsinin bir hissəsi olaraq yaradılan Qəzza Sülh Şurasına hər gün yeni ölkələrin qoşulması müşahidə olunur.
E. KAMAL Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu