İsrail Dəməşq yaxınlığında bunkerləri məhv etdi

15.10.2026

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İsrail hərbçiləri Suriyanın paytaxtı Dəməşqdən 40 kilometr aralıda Hermon dağında bunkerləri və istehkamları dağıdıblar.

Axar.az xəbər verir ki, bu barədə “Fərat” agentliyi məlumat yayıb.

Bildirilib ki, bu ərazi 2024-cü ilin dekabrında Dəməşqdə hökumət dəyişikliyindən sonra İsrail qüvvələri tərəfindən işğal edilib.

Paytaxtın qərbindəki Bekasem yaşayış məntəqəsi yaxınlığında hərbi obyektlər məhv edilib.

Kənd sakinləri ərazidə güclü partlayış səslərinin gəldiyini söyləyiblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью