İsrail Dəməşqə zərbələr endirib

02.05.2025

Icma.az, Operativ MM portalına istinadən məlumat verir.

İsrail Suriyanın paytaxtı Dəməşqdə prezident sarayının yaxınlığındakı hədəfi vurub.

"Operativ Məlumat Mərkəzi-OMM"-in “The Times of Israel”ə istinadən verdiyi məlumata görə, İsrailin baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Katz bu barədə birgə bəyanat yayıblar.

"Bu, Suriya rejiminə açıq xəbərdarlıqdır. Biz qoşunların Dəməşqin cənubuna göndərilməsinə icazə verməyəcəyik", - deyə onlar deyiblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью