İsrail diplomatı CAR da persona non qrata elan edilib

30.01.2026

Sitat.info portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Cənubi Afrika Respublikasının (CAR) Xarici İşlər Nazirliyi (XİN) Beynəlxalq Əlaqələr və Əməkdaşlıq Departamenti İsrail hökumətini onların səfirliyinin müvəqqəti işlər vəkili Ariel Seydmanı "persona non qrata" elan etmək qərarı barədə məlumatlandırıb.

Bu barədə CAR XİN-nin məlumatında bildirilib.

O, 72 saat ərzində ölkəni tərk etməlidir.

"Bu qətiyyətli addım diplomatik norma və təcrübələrin yolverilməz şəkildə pozulması hallarından sonra atılıb, bu da Cənubi Afrika Respublikasının suverenliyinə birbaşa təhdiddir. Bu pozuntulara Prezident Siril Ramafosaya qarşı təhqiredici bəyanatlar üçün İsrailin rəsmi sosial media hesablarından dəfələrlə istifadə edilməsi, həmçinin yüksək səviyyəli İsrail rəsmilərinin ehtimal olunan səfərləri barədə departamenti bilərəkdən məlumatlandırmamaq daxildir", - məlumatda bildirilib.

Bəyanatda qeyd edilib ki, belə hərəkətlər diplomatik imtiyazlardan kobud sui-istifadə və Vyana Konvensiyasının fundamental pozulmasıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью