İsrail döyüşlərdə 842 hərbi qulluqçusunun öldüyünü açıqlayıb

31.01.2025

Missiya.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

2023-cü il oktyabrın 7-də HƏMAS-la başlayan döyüşlərdə İsrail Müdafiə Qüvvələri (IDF) 842 itki verib.

Missiya.Az xəbər verir ki, bu barədə İDF-nin mətbuat xidməti məlumat yayıb.

İsrail Müdafiə Qüvvələrinin açıqladığı son rəqəmlərə görə, İDF-nin keçən həftədən bəri antiterror əməliyyatı apardığı İordan çayının qərb sahilində yanvarın 30-da gedən döyüşlərdə daha bir İsrail əsgəri həlak olub, beş əsgər isə yaralanıb.

Xatırladaq ki, yanvarın 19-dan Qəzza zolağında atəşkəs rejimi qüvvəyə minib və İsrail ilə HƏMAS arasında 2023-cü il oktyabrın 7-də başlayan döyüşlərə son qoyulub.

Daşqın Həsənov
Missiya.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью