Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
İsrail ordusunun Livanın cənubundakı Nəbətiyyə vilayətində bir avtomobili pilotsuz uçuş aparatı (PUA) ilə hədəfə alması nəticəsində 1 nəfər həyatını itirib.
"Cebheinfo.az" NNA-ya istinadən xəbər verir ki, Nəbətiyyəyə bağlı Şərqi Zəvtar qəsəbəsində hərəkətdə olan bir avtomobil İsrailə məxsus PUA tərəfindən vurulub.Hücum nəticəsində avtomobilin sürücüsünün həyatını itirdiyi bildirilib.
Xatırladaq ki, İsrail 2023-cü ilin oktyabrında Livana qarşı hücumlara başlamış, 2024-cü ilin sentyabrında bu hücumlar genişmiqyaslı müharibəyə çevrilmişdi.Müharibə nəticəsində 4 mindən çox insan həyatını itirmiş, təxminən 17 min nəfər yaralanmışdı.
2024-cü il noyabrın 27-də Livan və İsrail arasında əldə edilən atəşkəs razılaşmasına baxmayaraq, İsrailin bu razılaşmanı minlərlə dəfə pozduğu qeyd olunub.
İsrail 8 oktyabr 2023-dən sonra Livanda ələ keçirdiyi 5 təpəni hələ də işğal altında saxlayır və onilliklərdir nəzarətində olan bəzi bölgələrdəki mövcudluğunu davam etdirir.
Livan Səhiyyə Nazirliyi bildirib ki, İsrailin 27 noyabr 2024 – 20 noyabr 2025 tarixləri arasında atəşkəsi pozaraq həyata keçirdiyi hücumlarda 331 nəfər həyatını itirib, 945 nəfər yaralanıb.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin