İsrail ərazisinə atılan raket Sderot yaşayış məntəqəsinə düşüb AZƏRTAC

06.01.2025

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 6 yanvar, AZƏRTAC

Fələstinli radikalların Qəzza zolağının şimalından İsrail ərazisinə atdığı raket Sderot yaşayış məntəqəsini vurub.

AZƏRTAC xəbər verir ki, bununla bağlı İsrailin mətbuat xidməti (TPS-IL) məlumat yayıb. Bildirilib ki, İsrail ərazisinə üç raket atılıb.

İsrail ordusunun mətbuat xidmətinin məlumatına görə, raketlərdən biri Hərbi Hava Qüvvələri tərəfindən zərərsizləşdirilib, ikincisi Sderot şəhərinə düşüb, üçüncüsü isə yaşayış olmayan ərazidə partlayıb.

Ölən və yaralananlar barədə məlumat yoxdur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью