Icma.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.
İsrail Baş naziri Benyamin Netanyahu nazirlər kabinetinin iclasında bəyan edib ki, ölkəsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərini çox ciddi qəbul edir və bunu ABŞ-ın diqqətinə çatdıracaq.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti baş nazirin dəftərxanasındakı mənbəyə istinadən məlumat yayıb.
Türkiyə lideri mütəmadi olaraq İsrailin ünvanına kəskin bəyanatlarla çıxış edərək, onu Qəzza zolağında hərbi cinayətlər və soyqırımı törətməkdə ittiham edir. İyunun 28-də o bəyan edib ki, təqsirkarlar mütləq məsuliyyətə cəlb olunacaqlar.
"Ərdoğanın İsrailin məhv edilməsinə çağırmadığı bir gün belə keçmir. Biz bu sözlərə çox ciddi yanaşırıq. Biz, həmçinin amerikalı dostlarımızın da diqqətini bu bəyanatlara cəlb edəcəyik. Biz bunları diqqətdən kənarda qoymuruq", — deyə qəzet Netanyahunun sözlərini sitat gətirib.
Məryəm Quliyeva