İsrail ərəbəsilli vətəndaşını İrana casusluqda ittiham edib

06.06.2025

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

İsrail Prokurorluğu Şərqi Qüdsdə yaşayan ərəbəsilli İsrail vətəndaşını İranın kəşfiyyat agenti ilə əlaqə saxlamaqda və onun üçün casusluq missiyaları yerinə yetirməkdə ittiham edib.

Bu barədə "Azad İran" "Telegram" kanalı xarici KİV-ə istinadən məlumat yayıb.

Məlumata görə, 30 yaşlı Rəcəb Salah adlı İsrail vətəndaşı özünü İranın təhlükəsizlik xidmətinin nümayəndəsi kimi təqdim edən şəxslə əlaqə saxlamaqda və pul müqabilində strateji yerlərin çəkilişi, avadanlıqların gizlədilməsi kimi tapşırıqları yerinə yetirməkdə ittiham olunur.

Qeyd olunub ki, Saleh həbsdən və ailəsi qarşısında məsuliyyətdən narahat olduğu üçün bəzi təklifləri rədd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью