İsrail Ermənistana gedən vətəndaşları üçün səyahət xəbərdarlığının səviyyəsini yüksəldib

05.12.2024

Operativmedia portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Operativ Media" İsrail mediasına istinadən xəbər verir ki, Maldiv adaları və Ermənistana səyahət xəbərdarlığının səviyyəsi yüksəldilib, Braziliya ilə bağlı xəbərdarlığın səviyyəsi isə azaldılıb.

Məlumatda deyilir ki, Ermənistana səyahət xəbərdarlığı “İsrail vətəndaşları, yəhudilər üçün terrorçu elementlərin təhlükəsi fonunda” 1-ci səviyyədən 2-ci səviyyəyə qaldırılıb.

Səyahət xəbərdarlığı ilə bağlı “Səviyyə 2” səfər edənlərə ehtiyatlı olmağı tövsiyə edir, bu, ölkəni tamamilə tərk etmək çağırışı kimi qiymətləndirilmir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью