İsrail Ermənistana səfər xəbərdarlığının səviyyəsini yüksəltdi

05.12.2024

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

İsrailin Milli Təhlükəsizlik Şurası üç ölkəyə səfər xəbərdarlığını yeniləyib.

“Qafqazinfo” “The Times of Israel”ə istinadən xəbər verir ki, Ermənistana səfər xəbərdarlığı 1-ci səviyyədən 2-yə yüksəldilib.

Şuranın məlumatında qeyd olunub ki, bu barədə qərar Ermənistanda israillilərə, yəhudilərə qarşı təhdidlərin artması fonunda verilib. 

Ermənistanla yanaşı, Maldivə də səfər xəbərdarlığının səviyyəsi yüksəldilib. 

Bununla yanaşı, Braziliya ilə bağlı sözügedən xəbərdarlığın səviyyəsi endirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью