İsrail Əş Şücaiyədə yerüstü əməliyyata başlayıb

04.04.2025

Azvision portalından verilən məlumata əsasən, Icma.az bildirir.

AzVision.az xəbər verir ki, İsrail ordusunun mətbuat xidməti belə məlumat yayıb.
“Son bir neçə saatda İsrail Müdafiə qüvvələrinin əsgərləri təhlükəsizlik zonasını genişləndirmək üçün Qəzzanın şimalındakı Əş-Şücaiyə bölgəsində quru əməliyyatına başlayıb. Əməliyyat çərçivəsində hərbçilər çoxlu sayda yaraqlını, HƏMAS-ın obyektlərini, o cümlədən terror hücumlarını planlaşdırmaq və həyata keçirmək üçün HƏMAS-a xidmət göstərən komanda-nəzarət mərkəzini məhv ediblər”, - xəbərdə bildirilir.
Departament qeyd edib ki, əməliyyatın başlanması zamanı və ondan əvvəl ÇAXAL insanların təhlükəsizliyi üçün mütəşəkkil marşrutlar üzrə mülki şəxslərin döyüş bölgəsindən təxliyəsinə icazə verir. Mlumatda həmçini İsrail vətəndaşlarını qorumaq üçün ÇAXAL-ın Qəzza zolağında terror təşkilatlarına qarşı fəaliyyətini davam etdirəcəyi vurğulanır.
Sahil İsgəndərov
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью