İsrail əsgərləri həlak olub 8 hərbçi isə yaralanıb

14.01.2025

Icma.az, Mia.az portalına istinadən məlumat verir.

Bu gün İsrail ordusu Qəzza zolağında itki verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Qəzza zolağının şimalında Beyt Hanunda çıxan atışmada 5 israil əsgəri həyatı ilə vidalaşıb.

İsrail ordusu faktı təsdiqləyib: "Qəzzanın şimalında ağır mühasirə altında olan Beyt Hanun bölgəsində baş verən qarşıdurmalarda Nahal Briqadasından 1-i zabit olmaqla 5 əsgəri həalk olub, 8 hərbçi isə ağır yaralanıb".

İsrailin Kanal 7 televiziyası isə bildirib ki, son bir həftə ərzində Beyt Hanunda 15 İsrail əsgəri ölüb.

Samir Musayev
MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью