İsrail əsir götürülmüş Livan əsgərini azad etdi

13.03.2025

Icma.az, Manset saytına istinadən bildirir.

Əsir götürülərək İsrail ərazisinə aparılan Livan ordusunun əsgəri BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) Ras-ən-Nəqura sərhəd-keçid məntəqəsində sülhməramlılarına təhvil verilib.

Manset.az xəbər verir ki, bu barədə Livan ordusu komandanlığının bəyanatında deyilir.

“Martın 10-da yaralanaraq İsrailə aparılan əsgər Ziyad Şibli evə buraxılıb və müalicə üçün xəstəxanaya göndərilir". 

Bildirilir ki, əsgər mülki geyimdə olub və Kfar Şuba şəhərində İsrail tərəfinin atəşinə məruz qalıb.

Martın 11-də İsrail xoşməramlılıq əlaməti olaraq yanvar və fevral aylarında sərhəd bölgələrində əsir götürdüyü 11 livanlıdan dördünü azad edib. Onların hamısı Beynəlxalq Qırmızı Xaç Komitəsinin Ras əl-Naqouradakı nümayəndələrinə təhvil verilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью