İsrail fələstinli məhbusları sərbəst buraxmağa başlayıb

15.02.2025

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

HƏMAS-ın Qəzza bölgəsində atəşkəs rejimi haqda sazişi çərçivəsində 3 əsiri azad etməsindən sonra İsrail tərəfi fələstinli məhbusları tədricən sərbəst buraxmağa başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, sərbəst buraxılmış fələstinli məhbusların ilk partiyasını daşıyan mikroavtobus Ramallahda böyük izdiham tərəfindən alqış sədaları ilə qarşılanıb.

Hər hansı insidentin yaranmaması üçün İsrail şəhərdə gücləndirilmiş təhlükəsizlik tədbirləri həyata keçirib.
Qeyd edək ki, bu gün İsrail tərəfi razılaşmaya əsasən 369 fələstinli məhbusu azad etməyi öhdəsinə götürüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью