İsrail fələstinlilərə məxsus 3 binanı sökdü

21.04.2025

Azxeber.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İsrail ordusunun işğal altındakı İordan çayının qərb sahilində fələstinlilərə məxsus 3 binanı sökdüyü bildirilib.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, İsrail qüvvələri tikililərin lisenziyasız olduqlarını əsas gətirərək söküb.

Şahidlərin sözlərinə görə, İsrail qüvvələri buldozerlərin müşayiəti ilə İordan çayının qərb sahilindəki Ramallah şəhərinin qərbindəki Nalin qəsəbəsinə basqın edib.

Yəhudi Məskənləri ilə Mübarizə Komitəsinin sədri Mueyyed Şaban verdiyi açıqlamada, İsrailin fələstinlilərə aid tikililəri lisenziyasız olduqları səbəbiylə sökərək onları yerindən tərpətmək məqsədi daşıdığını bildirib.

Qeyd edək ki, İsrail ordusu işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdəki Fələstin tikililərini "lisenziyasız" olduqlarını iddia edərək tez-tez sökür.

Oksana

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью