“İsrail Flydubai reysi üzrə insident barədə xəbərdarlıq almayıb” Netanyahu

01.10.2026

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

“İsrail Təl-Əvivə uçan Flydubai təyyarəsində baş verən insdent təhlükəsi ilə bağlı heç bir kəşfiyyat məlumatı və ya xəbərdarlıq almayıb”.

525.az xəbər verir ki, bunu İsrailin Baş naziri Binyamin Netanyahu CNN-ə müsahibədə bildirib.

"Hizbullah və HƏMAS-ın  İsrailə və xaricdəki vətəndaşlarımıza hücumlar planlaşdırdığı barədə çoxlu məlumatlar daxil olur. Amma bu hadisə ilə bağlı hər hansı konkret xəbərdarlıq aldığımızı deyə bilmərəm", - Baş nazir söyləyib.

Əlavə edib ki, İsrail hücum edən pilotun dindirilməsində iştirak etmək niyyətindədir.

Pərvanə Sultanova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью