İsrail futbolçuları və azarkeşlərini 4 min polis qoruyacaq Yeni Sabah

10.11.2024

Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.

Rəsmi Paris Fransa və İsrail arasında futbol matçında asayişi təmin etmək üçün 4 min təhlükəsizlik işçisi cəlb etmək niyyətindədir.

Yenisabah.az EFE-yə istinadla xəbər verir ki, qarşılaşma gələn həftənin Cümə axşamı baş tutmalıdır.

Paris polisinin prefekti Loren Nunezin sözlərinə görə, Amsterdamda baş vermiş insidentə görə “çox problemli matçdır”.

Xatırladaq ki, “Ayaks”ın Təl-Əvivin “Makkabi”sini 5:0 hesabı ilə məğlub etdiyi oyundan sonra israilli azarkeşlər hücuma məruz qalıb. Çünki onlar Fələstin əleyhinə çirkin şüarlar səsləndirib və Fələstin bayrağını təhqir ediblər.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью