Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.
İsrail Müdafiə Nazirliyinin Hərbi-Siyasi Bürosunun sabiq rəhbəri, istefada olan briqada generalı Dror Şalom ölkənin müharibədə strateji baxımdan uğursuzluğa düçar olduğunu deyib.
"Bakupost" Globalinfo.az-a istinadla xəbər verir ki, onun sözlərinə görə, HƏMAS və “Hizbullah” hələ də fəaliyyətini davam etdirir, İran isə nüvə proqramına vurulan zərbələrə baxmayaraq təhlükə olaraq qalır.
Şalom həmçinin İsrailin beynəlxalq mövqeyinin zəiflədiyini və ABŞ ilə münasibətlərin soyuduğunu qeyd edib.
Keçmiş general bildirib ki, İsrail hərbi əməliyyatlarla yanaşı diplomatik səyləri də gücləndirməli, Qəzzanın bərpası və HƏMAS-a alternativin yaradılması istiqamətində çalışmalıdır.
O, İranla bağlı yalnız hərbi vasitələrlə nəticə əldə etməyin mümkün olmadığını vurğulayıb və Qəzzadakı israilli girovların daha tez azad oluna biləcəyini açıqlayıb.