Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Təl-Əviv regional vəziyyətin pisləşməsi ilə əlaqədar ehtiyatda olan hərbçilərin genişmiqyaslı çağırışına başlayıb.
“Cebheinfo.az” “Ynetnews” xəbər agentliyinə istinadən xəbət verir ki, İsraildə 400 min ehtiyatda olan hərbiçi orduya çağırılıb.
Qeyd olunur ki, İsrail hökuməti həm Livanın cənubundakı quru əməliyyatlarını, həm də İrana qarşı davam edən “Şir nərəsi” (“Roaring Lion”) əməliyyatını dəstəkləmək məqsədilə rekord sayda - 400 000 ehtiyatda olan hərbçinin səfərbər olunmasını təsdiqləyib.
İsrail ordusu üçün əvvəlki səfərbərlik limiti 280 000 nəfər idi. Yeni qərarla bu rəqəm 400 000-ə çatdırılıb ki, bu da İsrail tarixinində ən böyük rəqəmlərdən biridir.
İsrail Müdafiə Nairliyinin rəsmiləri bildiriblər ki, bu rəqəm ordunun operativ ehtiyaclarına uyğun olaraq çeviklik qazanması üçün müəyyən edilmiş yuxarı həddir.
Yunis Abdullayev
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin