İsrail Gilana zərbə endirib 9 ölü, 33 yaralı

24.06.2025

Icma.az, Adelet.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İsrail hərbi aviasiyasının İranın Gilan əyalətində əhalinin sıx məskunlaşdığı əraziyə aviazərbələri nəticəsində 9 nəfər dinc sakin ölüb, 33-ü isə yaralanıb.

Adalet.az xəbər verir ki, bu barədə əyalət rəhbərliyi məlumat yayıb.

Yaralıların arasında 16 nəfər qadın va uşaq olduğu qeyd edilib. Onlardan 5 nəfəri xəstəxanaya yerləşdirilib, 28-i isə ambulator müalicəyə buraxılıb.
Bildirilib ki, hava reydi zamanı 4 yaşayış binası dağıdılıb, ətrafdakı tikililərə isə ciddi ziyan dəyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью