İsrail girovları qəbul etmək üçün hazırlıqlara BAŞLADI

15.01.2025

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İsrail Ordusu Qəzza zolağında yaxın vaxtlarda azad olunacaq girovları qəbul etmək üçün hazırlıqlara başlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ordunun Mətbuat xidmətinin yaydığı qısa məlumatda bildirilir.

Məlumata görə, İsrailin bununla bağlı "Azadlıq qanadları" adlandırılan fəaliyyətə başlayıb.

Bundan əvvəl "Əl-Qahira Əl-İxbariya" telekanalı mənbələrə istinadən məlumat yayıb ki, Qəzza zolağında atəşkəs razılaşması əldə olunub.

Məlumata görə, razılaşma vasitəçilərin bir neçə saatlıq gərgin fəaliyyətindən sonra bağlanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью