İsrail gizli danışıqlara başladı: Suriyanın taleyi...

15.12.2024

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

İordaniya və İsrailin müdafiə nazirlikləri və təhlükəsizlik xidmətləri gizli danışıqlar aparıblar.

Globalinfo.az xəbər verir ki, məlumatı “Axios” portalı yayıb.

Məlumata görə, gizli danışıqlarda məqsəd Suriyadakı vəziyyətə dair fəaliyyətlərin koordinasiyası olub.

Tərəflər yeni Suriya hökuməti dönəmində addımlarını müzakirə ediblər.

Qeyd edək ki, bu gün İordaniyada AB, ABŞ, Türkiyə və ərəb ölkələrinin iştirakı ilə Suriya ilə bağlı xüsusi konfransım keçirilməsi gözlənilir.

Əliyar Xəlil
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью