İsrail HAMAS a dəstək olan 12 nəfəri həbs edib

29.01.2025

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

İsrail polisi HAMAS-a dəstək olan 12 nəfəri həbs edib.

APA “Jerusalem Post”a istinadən xəbər verir ki, onlar Fələstinin Kfar Aqab kəndində azad olunan HAMAS nümayəndələrinə dəstək şüarları səsləndirdiyi və üzərlərində silah, partlayıcı maddə gəzdirdikləri, HAMAS bayrağını dalğalandırdıqları, havaya atəş açdıqları üçün saxlanılıblar.

Həmçinin, şübhəlilərin üzərində HAMAS terror qruplaşmasının bayrağı, dini bannerlər, silah-sursat və külli miqdarda pul aşkar olunub.

Hadisə ilə bağlı Yerusəlim Polisi tərəfindən araşdırma başladılıb.

"Cebheinfo.az"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью