İsrail HAMAS ın xüsusi təyinatlılarını məhv etdi

21.06.2026

Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İsrail Müdafiə Qüvvələri Qəzza zolağının cənubunda həyata keçirilən əməliyyat zamanı “İslami Cihad” təşkilatının “Xan Yunis” briqadasının “Nuxba” xüsusi dəstəsinin komandirini və HAMAS-ın xüsusi təyinatlı bölməsinin üzvünü zərərsizləşdirdiyini bildirib.

Lent.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, əməliyyat nəticəsində “İslami Cihad”ın “Nuxba” bölməsinin komandiri Zəki Yusif Mahmud Əbu Mustafa öldürülüb. Digər zərbə zamanı isə HAMAS-ın yeni üzvlərin cəlb edilməsi ilə məşğul olan xüsusi təyinatlısı Məhəmməd Usama Əbdüləziz məhv edilib.

Qeyd olunub ki, Zəki Yusif Mahmud Əbu Mustafa 2023-cü il oktyabrın 7-də Nir-Oz kibutsuna hücumda və israilli vətəndaşın girov götürülməsində iştirak edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью