İsrail hava məkanını uçuşlar üçün açıb

24.06.2025

Icma.az, Reyting.az portalına istinadən məlumat yayır.


İranla atəşkəs razılaşmasından sonra İsrail hava məkanını uçuşlar üçün yenidən açıb.
Reyting.az
bildirir ki, İsrailin dövlət televiziyası KAN-nın məlumatına görə, İsrail bu gün hava məkanını İrandan gələn təhdidlər səbəbindən bağladıqdan 3 saat sonra yenidən açıq elan edib.
Bu o deməkdir ki, artıq mülki təyyarələrin İsrail hava məkanından istifadə etməsinə heç bir problem yoxdur.
V. QULİYEV
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью