İsrail havadan zərbə ilə Fələstindəki partiyalardan birinin üzvünü öldürüb

08.08.2025

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün İsrail ordusu Livanın cənubunda avtomobilə havadan dəqiq zərbə endirib.

Bu barədə "Azad İran" "Telegram" kanalı xarici KİV-ə istinadən məlumat yayıb.

Hücum nəticəsində Fələstin Xalq Cəbhəsinin mərkəzi komitəsinin üzvü Əbu Xəlil Vəşah və onun yoldaşlarından biri həlak olub.

"Reuters" və Livan Milli Xəbər Agentliyinin məlumatlarına görə, avtomobil ən azı iki raketlə vurulub.

Livan Səhiyyə Nazirliyi hücumda iki nəfərdən başqa bir neçə nəfərin də öldüyünü və ya yaralandığını bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью