İsrail Hələbdəki hərbi zavodlara aviazərbələr endirdi

09.11.2024

Publika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar Suriyanın Hələb şəhərinin cənub-şərqində yerləşən hərbi obyektlərə aviazərbələr endirib.

Publika.az xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Məlumata görə, hərbi fabriklərin və anbarların yerləşdiyi Es-Safira sənaye zonasında partlayış səsləri eşidilib. Suriyanın “SANA” agentliyi partlayışlara səbəbin İsrailin hava hücumunun olduğunu təsdiqləyib. Digər təfərrüatlar açıqlanmayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью