İsrail HƏMAS a qarşı hərbi təzyiqi artırmağı planlaşdırır

20.04.2025

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

İsrail, Qəzza Zolağında əsir götürülmüş şəxslərin azad edilməsi barədə razılaşmanı rədd edən radikal Fələstin hərəkatı HƏMAS-a qarşı hərbi təzyiqi artırmağı planlaşdırır.
APA xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu ölkə vətəndaşlarına ünvanladığı çıxışında bildirib.

"İsrail Müdafiə Ordusuna sərt tədbirlər görməyi və HƏMAS-a qarşı təzyiqi daha da artırmağı tapşırdım", - deyə Netanyahu vurğulayıb.

O, həmçinin İsrailin HƏMAS-ın Qəzza Zolağında hakimiyyətdə qalmasına icazə verməyəcəyini və müharibəni qələbə ilə sona çatdıracağını əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью