Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İsrail Müdafiə Ordusunun Qəzza şəhərinə endirdiyi hava zərbəsi nəticəsində HƏMAS-ın hərbi qanadının “Qəzza” briqadası komandirinin köməkçisini öldürüb.
525.az xəbər verir nki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
O, 2023-cü il oktyabrın 7-də İsrail yaşayış məntəqələrinə hücum zamanı əsir götürülən girovların saxlanılmasında iştirak edib.
“Ordu HƏMAS-ın hərbi qanadının komandiri, təşkilatın ‘Qəzza’ briqadası komandirinin köməkçisi vəzifəsini yerinə yetirən və Qəzza şəhəri ərazisində girovların saxlanılmasında iştirak edən Mömin Əhməd Ayəni məhv edib”, - məlumatda deyilir.
Bildirilib ki, həmin şəxs son vaxtlar İsrail hərbçilərinə və mülki şəxslərə qarşı hücumlar təşkil edib, həmçinin HƏMAS-ın hərbi qanadının döyüş potensialını bərpa etməyə çalışaraq atəşkəs rejimini sistematik şəkildə pozub.
Qurumdan bildirilib ki, o, təhdidin aradan qaldırılması məqsədilə həyata keçirilən hava zərbəsi nəticəsində öldürülüb.
Pərvanə Sultanova