İsrail HƏMAS ın maliyyə departamentinin rəhbərini öldürüb

23.09.2026

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“İsrail qüvvələri Qəzza zolağında HƏMAS hərəkatının maliyyə departamentinin rəhbəri Məhəmməd Əbu Əlvanı öldürüb”.

525.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu və müdafiə naziri İsrael Katzın birgə bəyanatında bildirilib.

Bəyanatda qeyd olunur ki, o, anklavın cənub hissəsindəki Xan Yunis şəhərində məhv edilib.

"HƏMAS komandirlərini və əməliyyatçılarını zərərsizləşdirməyə, maliyyə mənbələrini hədəf almağa və terrorçu infrastrukturunu məhv etməyə davam edəcəyik. HƏMAS-ın gücünü bərpa etməsinə imkan verməyəcəyik və qruplaşma Qəzza zolağından çıxana qədər dayanmayacağıq", - açıqlamada vurğulanıb.

Pərvanə Sultanova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью