İsrail HƏMAS ın qərargahına hücum edib

17.04.2025

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İsrail Müdafiə Qüvvələri Qəzza zolağının şimalındakı Cəbəliya bölgəsində HƏMAS hərəkatının komanda və nəzarət mərkəzinə hücum edib.

525.az xəbər verir ki, bu barədə SAXAL teleqram-kanalı məlumat yayıb.

Qeyd olunub ki, HƏMAS bu qərargahdan mülki İsrail vətəndaşlarına və Müdafiə Qüvvələrinin əsgərlərinə qarşı hücumlar planlaşdırmaq və həyata keçirmək üçün istifadə edib.

Xatırladaq ki, daha əvvəl “The Wall Street Journal” İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağının 30 faizindən çoxuna nəzarət etdiyini yazıb.

İbrahim Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью