Operativ MM portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İsrail HƏMAS hərəkatının Qəzza zolağında hərbi əməliyyatlar başa çatdıqdan sonra hakimiyyəti əlində saxlamasına imkan verməyəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Gideon Saar Avropa İttifaqının xarici işlər naziri Kaja Kallas ilə telefon danışığında bildirib.
“Mən Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallası HƏMAS tərəfindən saxlanılan girovların azad edilməsinə dair əldə olunan razılaşma barədə məlumat verdim, bu razılaşma hərbi kabinetin iclasında müzakirə olunacaq, sonra isə hökumətin iclasında səsverməyə çıxarılacaq.
Biz müharibədən sonra HƏMAS-ın Qəzzadakı hakimiyyətini qəbul etməyəcəyik, çünki bu, İsrailin təhlükəsizliyini təhdid edəcək və fələstinlilərin öz həyatını məhv etməyə davam edəcək”, - deyə o bildirib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.