İsrail HƏMAS ın raket buraxılış qurğularını məhv edib

01.07.2026

Icma.az bildirir, Baku.ws portalına istinadən.

İsrail hərbçiləri son bir həftə ərzində Qəzza zolağının şimal hissəsində HƏMAS-ın hərbi qanadının beş üzvünü zərərsizləşdirib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Qurumun iddiasına görə, onlar Fələstin anklavında fəaliyyət göstərən İsrail hərbçilərinə qarşı hücumlar hazırlayırdılar.

Öldürülənlər arasında HƏMAS-ın tank əleyhinə diviziyasının operatoru Vael Mahmud Əli Ləbəd, operator Muaz Məhəmməd Həsən Əhməd, HƏMAS-ın hərbi qanadının taqım komandiri Sameh Əbu Kamil və snayper Əkrəm Əşrəf Həməd Ləbəd var.

Bundan əlavə, HƏMAS-a məxsus raket buraxılış qurğuları olan obyektlər də məhv edilib.

Həmçinin Qəzzanın cənubunda HƏMAS-ın hərbi qanadının taqım komandiri Adel Cihad Məhəmməd Əsfur öldürülüb.

"Bütün müharibə ərzində Əsfur Qəzza zolağında fəaliyyət göstərən İsrail Müdafiə Ordusunun hərbçilərinə qarşı snayper hücumları və partlayıcı qurğulardan istifadə etməklə hücumlar həyata keçirib", - İsrail hərbçiləri iddia edirlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью