İsrail HƏMAS ın rəhbər şəxslərindən birini öldürdü

28.06.2025

Metbuat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qəzzada 7 oktyabr 2023-cü il hücumunun planlaşdırılmasında və həyata keçirilməsində "əhəmiyyətli rol" oynayan HƏMAS-ın qurucusu öldürülüb.

Metbuat.az xəbər verir ki, bu barədə İsrail Ordusu məlumat yayıb.

Qeyd edilib ki, Qəzza şəhərinin Sabra bölgəsində Həkham Məhəmməd İsa Əl-İssa öldürülüb. Həkham Məhəmməd İsa Əl-İssa HƏMAS-ın hərbi qanadında yüksək vəzifəli şəxs olub bu təşkilatın qurucularından biri hesab olunub.

Onun hazırkı vəzifəsi HƏMAS-ın hərbi qanadında Döyüş Dəstəyi Qərargahının rəhbəri olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью