İsrail HƏMAS ın silah anbarını məhv etdi

25.10.2026

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

İsrail ordusu Qəzza zolağının mərkəzi hissəsində Fələstinin HƏMAS hərəkatına məxsus silah anbarını məhv etdiyini açıqlayıb.

Axar.az xəbər verir ki, bu barədə İsrail ordusundan məlumat verilib.

"Aviazərbələr nəticəsində Qəzza zolağının mərkəzi hissəsində yerləşən silah anbarı tamamilə məhv edilib. Bu obyekt HƏMAS-ın hərbi qanadı tərəfindən avtomatlar, buraxılış qurğuları və raketlər də daxil olmaqla, müxtəlif növ silahların saxlanılması üçün istifadə olunub", – məlumatda qeyd edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью