İsrail HƏMAS ın üçüncü girovu da azad etdiyini təsdiqləyib

01.02.2025

Azxeber.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

HƏMAS-ın girovluğunda olan üçüncü israilli Kit Siqel Qəzzada Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) təhvil verilib.

Bu barədə İsrail Müdafiə Ordusu (IDF) məlumat yayıb.

"BQXK-nın məlumatına əsasən, onlara daha bir girov təhvil verilib və bu girovlar Qəzza zolağında İsrail Müdafiə Ordusu və Ümumi Təhlükəsizlik Xidməti qüvvələrinə doğru hərəkət edirlər", - məlumatda qeyd olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью