İsrail HƏMAS ın Xan Yunis batalyonunu məhv edib

02.08.2025

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İsrail Müdafiə Qüvvələri (SAXAL) Qəzza zolağının cənubunda fəaliyyət göstərən Fələstinin radikal HƏMAS hərəkatının "Xan Yunis" batalyonunun məhv edildiyini açıqlayıb.

Oxu.Az xəbər verir ki, ordunun Mətbuat Xidmətinin məlumatına görə, bu bölmənin sonuncu üzvləri avqustun 2-də İsrail hərbçilərinə təslim olublar.

Xatırladaq ki, mayın 18-də İsrail ordusu genişmiqyaslı quru əməliyyatı çərçivəsində Fələstin anklavının şimal və cənub bölgələrində hərbi əməliyyatların başladığını elan edib. Məqsəd HƏMAS-ın tam məğlubiyyəti və Qəzzada saxlanılan bütün israilli girovların azad edilməsidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью