Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İsrail ordusu HƏMAS-ın Qəzzanın şimalındakı Əl-Əhli xəstəxanasında yerləşən komandanlıq və idarəetmə mərkəzinə zərbələr endirib.
Axar.az xəbər verir ki, bu barədə İsrail ordusundan məlumat verilib.
“HƏMAS terrorçuları bu kompleksdən İsrail mülki əhalisinə və əsgərlərinə qarşı terror hücumları planlaşdırmaq və həyata keçirmək üçün istifadə ediblər. Zərbədən əvvəl mülki əhaliyə və xəstəxana kompleksinə dəyən zərərin azaldılması, o cümlədən qabaqcadan xəbərdarlıqlar, dəqiq döyüş sursatlarının istifadəsi və havadan müşahidə tədbirləri görülüb”, - məlumatda qeyd olunub.