Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
Qəzzanın şimalında HƏMAS-ın “Nuxba” bölməsinin komandiri Şərif Şadi İbrahim Labad məhv edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu (ÇAXAL) məlumat yayıb.
Məlumata görə, Labad 2023-cü il oktyabrın 7-də Erez keçid məntəqəsinə hücum edənlər arasında olub. Digər zərbə zamanı isə “Nuxba” komandiri Yusif Sadəddin Rəşad Zaim məhv edilib.